57 yaşlı kişi qəfildən avtobusda öldü


HADİSƏ 17 sen 2021, 19:54
Bakıda avtobusda ölüm hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb.

Ə.Quliyevin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top