Rəşid Mahmudov: "Qərarı Nazirlər Kabineti verir, onların da ..."

SOSİAL 16 sen 2021, 21:52
Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır.
Sosial şəbəkələrdə də bu istiqamətdə müzakirələr aparılır. İnsanlar bu suala cavab axtarırlar: Yenidən qapanma ola bilərmi?

Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?


Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, yoluxma sayının artıb-artmamasından asılı olmayaraq iş yerləri fəaliyyətini dayandırmamalıdır:

“Yoluxma istəyir artsın və ya artmasın, insanlar vaksin vurdurmalıdır. Özü də dərslər də keçirilməlidir. Dünya çöküb e... Ölən öləcək, qalan da qalacaq”.

R.Mahmudov qapanmaların dünyanı çökdürdüyünü deyib: 

“Qapanmanın olub-olmayacağını mən və ya başqa hansısa həkim deyə bilməz. Bununla bağlı qərarı Nazirlər Kabineti verir. Onların da həkimlikdən başları çıxmır. Nə istəsələr edirlər. Bu suallara sənin Səhiyyə Nazirliyin cavab verməlidir.

Dünya belə qərara gəlib ki, vaksinasiya prosesi davam etsin. Vaksin olunanlar xəstəliyi yüngül keçirəcəklər. Ona görə də hər yer işləməli, təyinatından asılı olmayaraq heç bir müəssisənin fəaliyyəti dayanmamalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top