“Sadəcə QR oxuduram və qatara minirəm” — YENİLİK

SOSİAL 03 iyul 2025, 21:12
Rəqəmsallaşma bu gün bir çox sahədə vacib rol oynayır və Azərbaycan Dəmir Yolları üçün də istisna deyil.

Bəs ADY-də rəqəmsallaşdırmanın hansı üstünlükləri var?

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, rəqəmsallaşma nəticəsində sadə və sürətli giriş təmin olunur, təkrar qeydiyyat lazım deyil, təhlükəsizlik artır, dövlət təsdiqli identifikasiya vasitələri istifadə olunur, vaxta qənaət edilir, müraciət və sorğular daha sürətli təqdim olunur, dövlət sistemləri ilə uyğunluq yaranır, "MyGov" portalı və digər platformalarla inteqrasiya mümkündür.

Mövzu ilə bağlı müsahibim Asya Quliyeva bildirib ki, rəqəmsal texnologiyaların tətbiqi həm iş proseslərini asanlaşdırır, həm də sərnişin və yük daşımalarında rahatlıq yaradır.

"Onlayn bilet sistemi, qatarların hərəkətinin izlənməsi, avtomatlaşdırılmış idarəetmə bütün bunlar rəqəmsallaşmanın faydalarındandır. Artıq sadəcə QR oxudaraq qatara çox rahatlıq və vaxta qənaət edərək istifadə edə bilirəm".

Müsahibim əlavə edib ki, qatarda səyahəti çox sevir:

"Adətən Bakı- Sumqayıt qatarlarından istifadə edirəm. Qatarların özü də daha müasir və komfortludur. Yeni vaqonlarda kondisioner sistemi, rahat oturacaqlar, təmiz və funksional sanitar qovşaqları var. Wi-Fi, elektrik rozetkaları, sakit mühit kimi imkanlar da sərnişinlərin səfərdən zövq almasına şərait yaradır. Bu cür şərait uzun səfərləri belə rahat və xoş keçirməyə kömək edir. Düşünürəm ki, həm texnologiya, həm də komfort baxımından ADY-nin bu inkişafı çox sevindiricidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top