"Bəzi əks göstərişlər olduqda, qrip, allergik reaksiya halında, evdə hər hansı infeksiyaya yoluxan şəxs varsa, inkişaf geriliyi, çəki azlığı mövcuddursa peyvəndin edilməsi tarixi uzadıla bilər. Əlamətlər keçdikdən sonra uşaqlar peyvənd olunmağa davam edə bilərlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Aytən İsmayılzadə deyib.
Həkim pediatr bildirib ki, Yay fəslində havaların isti keçməsi, "diyatez" kimi boş bəhanələrlə peyvəndi saxlamaq olmaz:
"Mənasız səbəblərə görə bəzən pediatrlar peyvəndin müddətini uzadırlar və 1 yaşdan sonraya saxlayırlar. Heç kim qaranti verə bilməz ki, azyaşlı həmin dövr ərzində xəstəlik keçirib, infeksiyaya yoluxmayacaq.
Xəstələnən zaman isə hansı fəsadların yaranacağı bəlli olmur. Ona görə də ciddi əks göstərişlər olmadığı halda peyvəndlər vaxt cədvəlinə uyğun olaraq edilməlidir".
Əfsanə Kamal
Demokrat.az