“Bakı Gənclər Klubu”ndan yeni LAYİHƏ

GÜNDƏM 16 sen 2021, 15:05
“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda boyüməsi istiqamətində növbəti layihəsini həyata keçirir.

“Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətinin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 15 sentyabr–15 dekabr 2021-ci il tarixlərdə “Bir ölür – min dirilərik -2!” adlı layihənin icrasını həyata keçirəcək. Layihənin icrası Bakı şəhəri, Biləsuvar rayonu və bir il öncə torpağlarımızın düşmən tapdağından azad olunma istiqamətində aktiv döyüşlərin gedən cöğrafi ərazilərdə həyata keçiriləcək.

Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır.    

Layihə çərçivəsində 3 video-çarxın çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları Biləsuvar rayonu və 44 günlük müharibə zamanı qızqın döyüşlər getdiyi cöğrafi ərazilərə təşkil olunacaq. Çəkilişlərdə müxtəlif  hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, düşmən öz revanşist fikirlərindən geri çəkilmir və bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış video-çarxlar gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, muasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rol oynayacaq. 

“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top