İlin əvvəlindən Ukrayna Azərbaycandan 288 milyon dollarlıq neft alıb


SƏNAYE VƏ ENERGETİKA 16 sen 2021, 16:31
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Ukraynaya ümumi dəyəri 287,823 milyon ABŞ dolları olan xam neft ixrac edib.

“Report”un “İnterfax-Ukrayna»ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Məlumata görə, bu ilin 8 ayında Ukrayna 770,824 min ton xam neft və neft məhsullarını idxal edib. Bu, 2020-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 14,5 % azdır.

Qeyd edilir ki, bu ilin 8 ayı ərzində ölkə 354,808 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları idxal edib. Bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 % çoxdur.

Həmçinin, bu müddət ərzində Liviyadan ümumi dəyəri 37,032 milyon ABŞ dolları, Əlcəzairdən 29,421 milyon ABŞ dolları, digər ölkələrdən isə 0,532 milyon ABŞ dolları dəyərində xam mal idxal edilib.

Bildirilir ki, bu müddət ərzində isə Ukrayna Rumıniyaya ümumi dəyəri 27,133 milyon ABŞ dolları olan 89,963 min ton neft ixrac edib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top