Mürsəl Eminov: “Təklif edərdim ki, Binəqədi rayonundakı bələdiyyələr birləşdirilsin”

GÜNDƏM 16 sen 2021, 10:37
Xəbər verildiyi kimi, DSMF-yə və digər qurumlara birlikdə Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, Əhmədli bələdiyyəsinin 86.200 manat borcu var. Bu siyahını artırmaqda da olar. Müəllif yazısında qeyd edilirdi ki, bu bələdiyyələrdə borcun silinməsiylə bağlı hər hansı konkret həll proqramı yoxdur. Bəs vəziyyətdən çıxış yolu barədə nə demək olar?

Bununla bağlı Belediyye.infoya açıqlama verən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib ki, həqiqətən adıçəkilən bələdiyyələrdə vəziyyətin gərgin olması haqqında məlumatlıyam. Rayonda formalaşan beş bələdiyyənin yalnız ikisinin, Binəqədi və M.Ə.Rəsulzadə bələdiyyəsində dəqiq ucot sistemi qurulub. Vergi xidmətinin əməkdaşlarının ciddi və təxirəsalınmaz addımları sayəsində hər ay nəzərdə tutulan maliyyə vəsaitinin 70-80 faizədək hissəsi yığılır. Bununla həm əməkhaqqları verilir, sosial yardımlar köçürülür və bu istiqamətdə layihələrin icrasına maliyyə vəsaiti ayrılır, habelə sakinlərin müraciəti əsasında konkret addımlar atılır. Binəqədi qəsəbə bələdiyyəsinə gəlincə isə orda artıq uçot sisteminin qurulduğu deyilir. Onlar da bütün qüvvələri səfərbər ediblər ki, borclarını silsinlər. Əhmədli bələdiyyəsi haqqında məlumatı mediadan izlədim. Belə hiss olunur ki, ordakı vəziyyət heç də Biləcəri və Xocasəndəki vəziyyətdən fərqlənmir.

Sözsüz ki, bələdiyyələri bu vəziyyətdən çıxarmağın yolu var. Ümumiyyətlə təklif edərdim ki, qanunvericiliyə söykənməklə rayondakı beş bələdiyyə birləşdirilsin. Rayonda vahid bir bələdiyyə olsun. Əlavə edim ki, Xocasən bələdiyyəsi sonradan Biləcəridən ayrılmaqla yaradılıb.

2000-ci ilin aprelində “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Prezident sərəncamıyla təsdiq edilib. Qanunun birinci maddəsində qeyd edilib: “Bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq yerli əhalinin rəyinin nəzərə almaqla birləşərək, yaxud ayrılıqda yeni bələdiyyə təşkil edə bilərlər.” Məhz qanunun bu maddəsinə istinad etməklə prosesə başlamaq olar. Burada isə söhbət məhz birləşmənin bu bələdiyyələrdəki “sosial-iqtisadi vəziyyət”lə əlaqədar olması göz önündədir. Yəni əgər bələdiyyədə borcun silinməsiylə bağlı proqram yoxdursa, bu qədər külli miqdarda borcun silinməsiylə bağlı konkret addım atılmırsa demək vəziyyətdən çıxış yalnız onun birləşdirilməsidir.   Qanunda prosesin icrası da açıq aydın göstərlib.

2008-ci ildə əlavə edilmiş düzəlişə əsasən “birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşdiirlməsi məsələsinə münasibət bildirməsi təmin edən yığıncaq keçirilir.”

Ancaq bununla yanaşı Qanunun 7- ci “Bələdiyyələrin birgə fəaliyyət göstərməsi” maddəsində qeyd edilir: “Bələdiyyələrin səlahiyyətlərinə aid edilən iqtisadi, sosial, mədəni, ekoloji və digər sahələrdə fəaliyyətinin səmərəsini artırmaq və qarşılıqlı əlaqələri möhkləmləndirmək məqsədilə bələdiyyələr birgə fəaliyyət göstərə bilərlər. Bələdiyyələrin birgə fəaliyyət göstərməsi bələdiyyələrin qərarına əsasən həyata keçirilir.

Birgə fəaliyyət göstərməsi üçün bələdiyyələr arasında müqavilə bağlanır. Müqavilədə birgə fəaliyyət sahələri, maliyyələşdirmə qaydaları, müddətlər və digər şərtlər göstərilir. Bələdiyyələr birgə fəaliyyət göstərdikdə onların əraziləri dəyişilmir.”

Bu maddə ilə ilkin olaraq pilot layihə kimi məhz Binəqədi rayonunda formalaşan bələdiyyələrdə tətbiq etmək olar. Düşünürəm ki, bu addım atılsa, qəbul edilmiş sərt və qətiyyətli addımlarla daha yüksək inkişaf səviyyəsinə çatmaq olar.

Qısası deməliyəm ki, nəticə etibariylə külli miqdarda borcu olan bələdiyyələr ləgv edilərək birləşdirilməlidir. Hər halda rayon ərazisində formalaşan bələdiyyələrin inkişafını və  mövcud problemləri dəf etmək istəyiriksə əvvəl-axır bu addım atılacaq.

Və gələcəkdə borcu yaradan şəxslərin belə halların təkrarlanmaması üçün inzibati məsuliyyətə cəlb edilməsiylə bağlı müvafiq qanunvericiliyə dəyişikliyin edilməsinə ehtiyac var.

Binəqədi rayon Binəqədi Bələdiyyəsi - Bugün Binəqədi rayon Binəqədi  Bələdiyyəsinin sədri, eyni zamanda Binəqədi rayon Azadlıq pr, 184 ünvanlı  ərazi ilk partiya təşkilatının sədri Mürsəl Seyfulla oğlu Eminovun doğum  günüdür. Doğum günü

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top