Bu il Azərbaycanda 322 nəfər intihar edib

HADİSƏ 11 sen 2021, 08:30
Azərbaycanda cari ildə 300-dən çox intihar hadisəsi baş verib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla, 322 nəfər intihar edib.

İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top