Azərbaycan xalçaları haqqında məlumat əldə etmək asanlaşdırıldı

SƏNAYE VƏ ENERGETİKA 10 sentyabr 2021, 10:01
Bundan sonra Azərbaycan xalçaları barədə məlumatları onların üzərində yerləşdirilmiş QR kod vasitəsilə rahat əldə etmək mümkün olacaq.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva bildirib.

Onun sözlərinə görə, bu addım xalçaların ixracını asanlaşdırmaq məqsədi ilə atılıb: “Turistlər mobil telefonun kamerasını QR koda yaxınlaşdırdıqda xalça barədə bütün məlumatları əldə edə biləcəklər. Bununla da, onları xalçanı alıb ölkələrinə aparmaq daha asan olacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top