Xudavəng məbədində 6 erməni keşiş var — II Qaregin Putinə təşəkkür etdi

QARABAĞ 09 sen 2021, 22:58
Bütün ermənilərin Katolikosu II Qaregin Kəlbəcər rayonunun Vəng kəndində yerləşən qədim Alban məbədi olan Xudavəngi mühafizə etdiyi üçün Rusiyaya təşəkkür edib.

Turkustan.az xəbər verir ki, Eçmiədzində keçirilən "Dini Azadlıq və sülh" forumunda çıxış edən katolikos Xudavəngi "ən qədim erməni monastrı" adlandırıb Rusiya Patriarxı, Rusiya Prezidenti və rus sülhməramlılarının səyləri sayəsində qorunub saxlanıldığını deyib. Bildirib ki, hazırda məbəd kompleksdə 6 erməni keşiş fəaliyyət göstərir.

Qeyd edək ki, ötən həftə Kəlbəcərdə olan bir qrup jurnalist Xudavəng məbədinə baş çəkib. Orada olan rusiyalı əsgərlər məbəddə erməni keşişlərin olmasını inkiar etmişdi. Eyni zamanda, jurnalsitlər məbədin içərisinə buraxılmamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top