"Ermənistan uşaqlara qarşı cinayət törədib" — Deputat

QARABAĞ 09 sen 2021, 19:08
“Uşaq hüquqlarının qorunması həm beynəlxalq humanitar hüququn, həm də beynəlxalq insan hüquqlarının ən ciddi problemlərindən biridir. Müasir hüquqda, xüsusilə silahlı münaqişələr dövründə uşaqların hüquqlarının, həmçinin təhsil hüququnun təmin edilməsinə ciddi diqqət yetirilir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib.

Deputat, Ermənistan Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrdə uşaqlara qarşı cinayət törətdiyini vurğulayıb:

“Uşaq hüquqları haqqında 1989-cu ildə qəbul edilən konvensiyada nəzərdə tutulur ki, iştirakçı dövlətlər uşaqlara münasibətdə beynəlxalq humanitar norma və prinsiplərinə riayət etməlidir. Həmçinin, Cenevrə Konvensiyasında da uşaqlara xüsusi müdafiə tələb olunur. Beynəlxalq sənədlərdə uşaqların hüquqlarının qorunması ilə bağlı bir çox maddə nəzərdə tutulub. Silahlı münaqişələr dövründə uşaqlar çox ciddi ziyan çəkən kontingentdir. Dünyada 25 zonada müşahidə edilən silahlı münaqişələrin gedişində təxminən 28 milyon uşağın təhsil hüquq təmin edilmir. Ermənistanın işğalı nəticəsində Azərbaycanın keçmiş işğalda olan ərazilərində təhsil müəssisələri dağıdılıb. 800-ə qədər məktəb yerlə-yeksan edilib. Bu, Ermənistanın beynəlxalq humanitar hüquq pozması və müharibə cinayətləri kimi dəyərləndirilir. Habelə, fərdi cinayət məsuliyyəti deməkdir. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi işlər görür. Arzu edərdik ki, bu cür barbarlıq nümunəsi olan cinayətkarlar Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versinlər”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top