“Biqeyrətlər! Binamuslar!“ — Əli Mirəliyev od püskürdü


ŞOU-BİZNES 09 sen 2021, 16:44
Sosial şəbəkələrdə tez-tez sənət adamlarının ölümü ilə bağlı xəbərlər paylaşılır, daha sonra bu məlumatlar KİV-lərə köçür. Bu informasiyaların çox vaxt yalan olduğu üzə çıxsa da, "sənətçi öldürülmə əməliyyatları" sona çatmır.

Son vaxtlar Xalq artistləri Cavan Zeynallı, Bilal Əliyev, meyxanaçı Ağakərim "dəfn edilsə də", hər üç sənətçi hazırda sağdır.

Mövzu ilə bağlı Yenisabah.az-a ötən ilin bu günü ölüm xəbəri yayılsa da, sağ olan Əli Mirəliyev danışıb.

O, bu tip xəbərlərin qəsdən xüsusi adamlar tərəfindən yayıldığını iddia edib:

“Şou-biznesdə ən çox "ölən" mənəm. Hər il bir dəfə “öldürülürəm”. Allah Kərimə can sağlığı versin, uzun illərdir xəstədir, haradasa başa düşmək olar. Amma mən sağlam adamam, niyə məni “öldürürsünüz”? 

Xəbərlər yayılanda nə mənbə göstərilir, nə ölüm səbəbi. Nədən öldüm? Elə yazırlar ki, “Əli Mirəliyev dünyasını dəyişdi”. Ay bədbəxtlər, niyə belə edirsiz? Rəhmətlik Mirzə Ələkbər Sabir vaxtilə deyirdi ki, qeyrətimiz bəllidir tüm millətə. Sabir bunların hamısını görüb, öz aramızda olan axmaq düşüncəli insanları ta o vaxtdan seçib.

Bu tip xəbərləri yayanlar insan deyil, heyvandır. Hətta heyvan onlardan yaxşıdır. Bilmirəm belələrinə nə ad verim. Bəsdir, siz də Allah qarşısında cavab verəcəksiniz, niyə belə edirsiniz, ay biqeyrət, binamuslar? Sağ adamı evində oturduğu yerdə niyə öldürürsünüz? Belə məlumatları yaymaqla qazancınız nədir? Bundan nə ləzzət alırsınız? Utanmırsız öz xalqınızdan olan sənətçiyə qarşı belə hərəkətlər edirsiniz? Axı onun ailəsi, balaları var, görün onlar bu xəbərləri görüb nə hala düşürlər. Özünüzü həmin şəxslərin yerinə qoyun. Onlar bütün şou-biznesi bezdiriblər.

Bizdən nə istəyirsiniz axı? Xalqın sevib-seçdiyi, inandığı insanlar haqqında niyə belə sözlər yazırsınız? Onlar alçaqdırlar!”

“Biqeyrətlər! Binamuslar!“  - Əli Mirəliyev od püskürdü

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top