Rüşvət alan serjant polis orqanlarından qovuldu — VİDEO

HADİSƏ 09 sen 2021, 16:31
AAAF Park yaşayış kompleksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.

Bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anı qonşu binada yaşayan sakinlər tərəfindən videoya çəkilib. Həmin görüntülər redaksiyamıza təqdim edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin görüntülər araşdırılıb: “Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün polis serjantı E.Abbasov Çevik Polis Alayının komandirinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top