Futbolçularla selfi çəkdirən şəxslərlə bağlı AÇIQLAMA

İDMAN 08 sen 2021, 18:28
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda azarkeşlərin meydana daxil olaraq futbolçularla foto çəkdirməsinə münasibət bildirib.

DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə meydana daxil olan həmin 4 nəfər azarkeş oradan kənarlaşdırılıb.

“Həmin şəxslər azyaşlı olduğuna görə, onlarla profilaktik söhbətlər aparılaraq, sərbəst buraxılıb. Gələcəkdə bu cür hallar baş verdiyi təqdirdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görüləcək”, - E.Hacıyev bildirib.

Qeyd edək ki, sentyabrın 7-də oynanılan Azərbaycan - Portuqaliya matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top