Milli Məclisin komitə iclasları başlayır

DAXİLİ SİYASƏT 08 sen 2021, 09:09
Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

Demokrat.az xəbər verir ki, sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçiriləcək.

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top