İşə qəbul olunan müəllimlər 9 sentyabrdan...

SOSİAL 07 sen 2021, 18:27
Müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsində 1045 namizəd vakant yer tutub.

Təhsil Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, 3-6 sentyabr tarixlərində keçirilən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub. Bu barədə məlumat vakansiya seçimlərində iştirak etmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

Uğur qazanan namizədlər 9 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlər sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top