Yeznə qaynını bıçaqladı, qayınanasına xəsarət yetirdi

KRİMİNAL 07 sentyabr 2021, 17:10
Sabirabadda bıçaqlanma hadisəsi olub.

Belə ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlfağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb.

Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb.

Qeyd edək ki, hadisəni İ.Zərbəliyevin yeznəsi törədib. O, eyni zamanda qayınanasına da xəsarətlər yetirib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top