Avropa İttifaqı Talibanla danışıqlar aparmalıdır — Borrel

DÜNYA 05 sen 2021, 18:35
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell, Avropa Birliyini Talibanla danışıqlar aparmağa çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bunu o, Fransanın "Le Journal du Dimanche" həftəlik qəzetində bazar günü dərc olunan müsahibəsində bildirib.

Borrell bildirib ki,"Taliban indi qaçılmaz həmsöhbətə çevrilir. Kabulda varlığımızı təmin etməliyik və digər güclər tərəfindən kənara atılmamağa çalışmalıyıq".
Aİ diplomatiyasının rəhbəri bildirib ki, "Əfqanıstanda baş verənlər əfqanlar üçün faciə və Qərb üçün əsl uğursuzluq olub.Bu, beynəlxalq qüvvələr balansında güclü dəyişikliklər yaradacaq, buna görə də belə vəziyyətin digər ölkələrdə təkrarlanmaması üçün bütün lazımi nəticələr çıxarılmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top