Qvineyada dövlət çevrilişinə cəhd: hərbçilər həbs olundu

DÜNYA 05 sen 2021, 17:24
Qvineyada dövlət çevrilişinə cəhd olub.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, çevrilişə cəhd daha əvvəl Fransanın əcnəbi legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuyanın başçılığı altında hərbçilər tərəfindən edilib. Paytaxt Konakridə Prezident Alfa Kondenin iqamətgahı yaxınlığında silah səsləri eşidilib. Kondeyə sadiq qüvvələr çevrilişə cəhd edən 25 hərbçini saxlayıb.
 
“Guinee News” portalı xəbər verir ki, hərbçilər Konakriyə gedən yolu bağlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top