ABŞ: “Hələlik yalnız “Pfizer” peyvəndinin “gücləndirici” dozaları tövsiyə edilə bilər”

DÜNYA 05 sen 2021, 08:59
ABŞ səhiyyə işçiləri Ağ Evi koronavirusa qarşı yenidən peyvənd edilməsini dayandırmağa çağırıb.

Ölkənin Qida və Dərman İdarəsinin (FDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) nümayəndələri ABŞ Prezidenti Co Baydenin administrasiyasına koronavirus peyvəndinə əlavə, “gücləndirici” dozalar tətbiq etmək planlarını bu ayın sonunda təkrar vaksinasiya üçün məlumatların olmaması səbəbindən təxirə salmağı tövsiyə edir.

Rəsmilərə görə, hələlik yalnız “Pfizer” peyvəndinin təkrar dozaları tövsiyə edilə bilər.
Qeyd edək ki, ABŞ-da koronavirusa qarşı “Moderna” və “Johnson&Johnson” peyvəndi də tətbiq edilir. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top