Adil Əliyev: “Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət və mühüm vəzifələr düşür”

GÜNDƏM 04 sen 2021, 16:44
“Təhsil hər bir millətin gələcəyi, xalqın firavanlığının, dövlətin isə qüdrətinin təminatçısıdır. Bu gün Azərbaycanda da təhsilin inkişafı - qara qızılın intellektual kapitala çevrilməsi milli tərəqqinin əsas strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu kontekstdə Azərbaycan gəncliyinin üzərinə də böyük məsuliyyət və mühüm vəzifələr düşür. Eləcə də yeni tədris ilində tələbə adı qazanan gənclərimiz Azərbaycanın aydın sabahı - parlaq gələcəyi üçün yüksək potensiala malikdirlər”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev bildirib.

“İnanırıq ki, Azərbaycan gəncliyi bundan sonra da yüksəkkeyfiyyətli təhsil alaraq, milli dəyərlər əsasında və vətənpərvərlik ruhunda yetişərək həm milli hədəflərimizin gerçəkləşməsinə mühüm töhfə verəcək, həm də ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəklər. Tələbə adını qazanan bütün övladlarımızı səmimi-qəlbdən təbrik edir, onlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər diləyirəm!” – A.Əliyev qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top