Nə qədər abituriyent tələbə ola bildi?

SOSİAL 04 sen 2021, 11:06
Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Demokrat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı rəqəmləri açıqlayıb. 

Məlumata əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olanların 6810-nu subbakalavrlar təşkil edir.

Bununla yanaşı, 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanına sahib olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top