Tanınmış prodüserin vəziyyəti ağırdır

ŞOU-BİZNES 03 sen 2021, 13:29
Tanınmış prodüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır. 

Bu barədə prodüserin rəfiqəsi, aparıcı Fira Cəlilova məlumat verib. 

Onun sözlərinə görə, S. Cahid bir müddət əvvəl Bakı Sağlamlıq Mərkəzinin uroloq-androloqu Dr. Niyaməddin Əliyev tərəfindən əməliyyat olunub. İddiasına görə, həkim səhvi ucbatından prodüserin səhhəti daha da pisləşib, böyrəyinə qoyulan stend çıxarıldıqdan sonra hərarəti artıb: “Vəziyyəti kritikdir, Türkiyəyə aparılıb. Orada həkimlər təcili konsilium ediblər. Bildiriblər ki, cərrahi müdaxilə zamanı infeksiya keçib. Qırmızı qan hüceyrələri də həddən artıq düşüb. Bakıda olan həkim isə telefonlara cavab vermir”.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top