Bayden Kanadanın baş nazirini mərcdə uddu

MARAQLI 03 avq 2021, 15:00
ABŞ prezidenti Bayden Kanadanın baş naziri Castin Trudodan mərcdə hisə verilmiş ət udub.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. İyun ayında Bayden və Trüdo xokkey üzrə Stenli kubokunda hansı komandanın qalib olacağı barədə baş nazirin tvitter hesabında mərc gəliblər.

Final oyununda ABŞ-ın “Tampa” komandası “Monreal”a qalib gəlib. Mərci uduzan Trüdo hisə verilmiş əti göndərib. Bayden ona təşəkkür edib.(azpost.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top