Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən ermənilər Azərbaycan xalqından və Prezidentindən üzr istədilər

KRİMİNAL 02 avq 2021, 12:37
Yasamal rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Onlar məhkəməyə və istintaqda iştirak edən əməkdaşlara təşəkkür ediblər:

"Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağı xahiş edirik".

Bundan sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.

Yaxın saatlarda hökm oxunacaq.

Qeyd edək ki, sonuncu iclasda çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 20 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top