Nigeriyada keşiş mələklərə rüşvət üçün pul yığılmasını istədi

DÜNYA 31 iyl 2021, 22:09
Nigeriyada xristian keşiş kilsəyə gələnlərdən mələklərin ələ alınması üçün ianə etməyi xahiş edib.

Bu barədə “Pulse” nəşri məlumat yayıb.

Din xadimi kilsə üçün vəsaitin toplanmasına həsr etdiyi moizəsində bildirib ki, pullar tanrının rəhmini onun bəndələri arasında paylaşdıran mələkləri satın alınması məqsədilə istifadə olunacaq.

“Mənim dualarımın sizin üçün də keçərli olmasının yalnız bir yolu var. Siz mənim mələklərimi ələ almalısınız. Pul vermək istəməyənlər, tanrının rəhmindən pay ala bilməyəcək və kasıb olaraq da qalacaqlar”, - deyə keşiş bildirib.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top