Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü — Ölən var


HADİSƏ 29 iyl 2021, 17:36
Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Hyundai" dərəyə aşıb, "VAZ-2107" isə maneəyə çırpılıb.

Nəticədə, "VAZ-2107"-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "VAZ-2107"-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top