"Ermənistandakı müəssisələr zəhərli tullantıları Oxçuçaya axıdır" — RƏSMİ

QARABAĞ 29 iyl 2021, 00:17
“Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.

“İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!”, Azərbaycan XİN sözçüsü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top