Antalyada yanğına görə xəstəxana və evlər boşaldılır — FOTOLAR


HADİSƏ 28 iyl 2021, 23:12
Xəbər verdiyimiz kimi, Türkiyənin turizm mərkəzi Antalyanın Manavqat rayonunda güclü meşə yanğınları başlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 4 fərqli nöqtədən başlayan yanğın yaşayış evlərinə doğru irəliləyib. Sakinlər və Manavqat Dövlət Xəstəxanasının xəstələri təxliyyə olunub. Yanğına havadan və qurudan müdaxilə edilsə də, söndürmək mümkün deyil. 30 nəfər tüstününü təsirinə məruz qalıb, 3 nəfər isə yanğın zamanı xəsarət alıb.

“Nə edəcəyimizi bilmirik. Yanğın sahəsi çox böyükdür və genişlənməkdə davam edir. Nəylə mübarizə apardığımızı, hara müdaxilə edəcəyimizi bilmirik”, - deyə bələdiyyə sədri Şükrü Sözen deyib.












 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top