Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı

İDMAN 26 iyl 2021, 23:40
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Demokrat.az xəbər verir ki, o, Belarusun "Torpedo-BelAz" və Danimarkanın "Kopenhagen" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top