"Bakı" bəyannaməsinin imzalanması, yeni hərbi-siyasi platformanın yaranmasına təkan verəcək

GÜNDƏM 26 iyl 2021, 15:36
"Şuşa" bəyannaməsindən sonra, "Bakı" bəyannaməsinin imzalanması, yeni hərbi-siyasi platformanın yaranmasına təkan verəcəkTürkiyə, Azərbaycan və Pakistan paralment sədrlərinin bir araya gəlib, "Bakı" bəyannaməsi imzalaması, "Şuşa" Bəyannaməsindən sonra, regionda yeni bir siyasi-hərbi platformanın qurulmasıdır. Türkiyə məhz regional strateji mövqeyini gücləndirmək üçün xüsusilə, Mərkəzi Asiya, Orta Şərqdə Azərbaycan və Pakistanla birgə əməkdaşlığa əsaslanır.

"Bakı" Bəyannaməsi siyasi əməkdaşlığı nəzərdə tutsada, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir və hər iki ölkənin hərbiçiləri Azərbaycanla birgə kordinasiyalı çalışır. Birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə Bakı Bəyannaməsinin digər əhəmiyyətli hissəsi Pakistanla iki tərəfli və üçü tərəfli hərbi əməkdaşlığı inkişaf etdirəcək. Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Pakistanın hərbi dəstəyini alması, birgə bir ordunun  yaradılmasına gələcək perspektivdə mümkün ola bilər. Bura Mərkəzi Asiyanın Türk dövlətlərinində üzv olması reallaşa bilər. Türkiyənin strateji planı budur və regionda proseslər Azərbaycanın leyhinə dəyişir.

Qeyd edim ki, Ermənistanın Azərbaycanla üçü tərəfli sazişə əməl etməməsi, Fransanın və Rusiyanın Ermənistanın vasitəsilə təxəribatlara əl atması, məhz Türkiyənin regonda artan aktivliyindən qaynaqlanır.

"Şuşa" və "Bakı" Bəyannaməsi Azərbaycana  hər iki ölkənin müttəfiqi olduğunun gəstəricisidir. Pakistanın Azərbaycanla əlaqələrini inkişaf etdirməsi bu ölkənin Mərkəzi Asiya vasitəsilə Avropaya çıxışınıda təmin etməklə yanaşı, regionda təsir gücünün artmasına gətirib çıxaracaq. Qeyd edim ki, hər iki ölkə güclü orduya və  nüvə silahına malidkir. Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir üçü tərəfli ittfaqın zəruriliyi Türkiyənin və Pakistanın siyasətlərinin üst-üstə düşməsindənirəli gəlir. Hər iki ölkə öz regionlarında uzun illər ABŞ təsirində olub. Hazırda aktiv müstəqil siyasətə malik olaraq öz regional maraqlarını təmin edirlər.

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini, politoloq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top