Ömər Çəlik: “Ermənistan özünü aldatmaqla məşğul olmamalıdır”— VİDEO


HƏRBİ 25 iyl 2021, 23:59
Türkiyənin “Haber Global” telekanalı son günlərdə Erməni Silahlı Qüvvələrinin Kəlbəcər istiqamətindəki təxribatları barədə süjet yayımlayıb.

Videomaterialda Türkiyə ictimaiyyətinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində baş verən atışmalara sərt reaksiya verdiyi bildirilib. Qeyd olunub ki, Ermənistan yenidən bölgədə gərginliyi artıran siyasətinə geri dönüb.

Süjetdə həmçinin hakim “Ədalət və İnkişaf Partiyası”nın sözçüsü Ömər Çəlikin xəbərdarlığı da yer alıb. O, Ermənistanı ölkəni təxribata təşviq edənlərə aldanmamağa çağırıb.

Daha ətraflı “Haber Global”ın süjetində:


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top