Türkiyə ordusunun iki hərbçisi şəhid olub

REGİON 25 iyl 2021, 11:59
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, “Fırat qalxanı” antiterror rayonunda Türkiyə ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, “Fırat qalxanı” antiterror rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top