Deputat: “Slovakiya ilə əlaqələrin qurulması iki ölkə arasındakı dostluqdan xəbər verir”

SİYASƏT 08 may 2024, 17:17
“Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması mühüm məsələdir. Slovakiya Azərbaycanı dəstəkləyən dövlətdir. Strateji tərəfdaşlığın yaradılması haqqında imzalanan birgə bəyannamədə çox mühüm istiqamətlər var. Bu istiqamətlər Azərbaycanın müstəqil daxili və xarici siyasətindən xəbər verir”.

Bu fikirləri Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Arzu Nağıyev Demokrat.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, NATO üzvü olan Slovakiya Avropa İttifaqına daxil olan mühüm dövlətlərdən biridir:

“Slovakiyanın 5 dövlətlə quru sərhədi var. Bu da əlaqələrdə mühüm əhəmiyyət kəsb edən detaldır. 

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm məsələdir. İmzalanan digər sənədlərə də nəzər salmaq lazımdır. Müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər olduqca əhəmiyyətlidir. 

Düşünürəm ki, birgə istehsal sahələrinin yaradılması istiqamətində çox ciddi addımlar atılacaq. Digər məsələ əlaqələrimizin, ümumiyyətlə, iqtisadi məsələlərimizin həlli ətrafındadır. 

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. İşğaldan azad olunmuş ərazilərdə slovakiyalı mütəxəssislər çalışacaq. Vaxtilə bizə mənəvi dəstək olmuş dövlətlərin hazırda Qarabağın yenidən qurulmasında iştirakı müsbət haldır. Slovakiya ilə mühüm sahələrdə əlaqələrin qurulması iki ölkə arasındakı dostluqdan xəbər verir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top