Xaçmazda 27 yaşlı kişi göldə batdı

HADİSƏ 24 iyl 2021, 09:35
Xaçmaz rayonuda bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top