Yaponlar Olimpiadadan qorxurlar

DÜNYA 19 iyl 2021, 09:35
Yaponiya sakinlərinin 87%-i Olimpiya Oyunlarının ölkədə koronavirusun daha geniş yayılmasına səbəb olacağından qorxur.

Bu barədə “Kyodo” məlumat yayıb.

Məhz bu təhlükə səbəbindən, Yaponiyada hökumət əleyhidarlarının nisbət faizi artaraq 49.8%-ə çatıb. Rəyi soruşulanların yalnız 35.9%-i hazırki Baş nazir Yösixide Suqanı dəstəklədiyini bildirib ki, bu da antirekord sayılır.

Həmçinin, respondentlərin 67.9%-i 12 iyul – 22 avqust tarixlərində tətbiq edilən fövqəladə vəziyyətə qarşı çıxıb.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top