İmişlidə ağır yol qəzasında üç nəfər yaralandı — YENİLƏNİB

HADİSƏ 15 iyl 2021, 23:59
İmişli rayonu ərazisində baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-cı il təvəllüdlü Süleymanov İsmayıl Bəybala oğlu, 1982-ci il təvəllüdlü Şükürov Fəxri Cümşüd oğlu və 1979-cu il təvəllüdlü Bilalov Fəxrəddin Həsənzadə oğlu xəsarət alıblar.

Hər üç şəxs Boşçalılar kəndinin sakinləridir.

22:59
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Boşçalılar kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top