Milli Məclisin nümayəndə heyəti TBMM-də — FOTO

XARİCİ SİYASƏT 15 iyl 2021, 21:17
Səməd Seyidovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Milli Məclisinin Xarici Siyasət və Parlamentlərarası Əlaqələr komitəsinin üzvlərilə görüşdə türkiyəli həmkarları ilə yanaşı, Şimali Kipr parlamentinin nümayəndə heyəti də iştirak edib.

Görüş zamanı, azərbaycanlı parlamentarilərin Türkiyə səfəri ardından Şimali Kiprə yollanacağı qeyd edilib.

Üçtərəfli müzakirələrdən sonra qonaqların şərəfinə süfrə açılıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top