“Delta” ştammı neçə ölkəyə yayılıb?

DÜNYA 15 iyl 2021, 08:30
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yüksək yolxuculuğu ilə seçilən “Delta” ştammının yayıldığı ölkələrin və ərazilərin sayını açıqlayıb.

Qeyd edilir ki, 6 iyuldan 13 iyula qədər sözügedən ştamm daha 7 ölkəyə yayılıb.

Beləliklə də “Delta” ştammı yayılan ölkələrin sayı 111-ə çatıb.

ÜST-ün həftəlik epidemioloji bülletenində bildirilir: “SARS-CoV-2 virusu dövr etməyə və inkişafa davam edir”.

Vurğulanır ki, “Alfa”, “Beta”, “Gamma” və “Delta” kimi “narahatlıq yaradan variantlar” (VOC) kateqoriyasına daxil olan dörd növ “yüksək yoluxucudur”.

Qeyd edək ki, Azərbaycanda son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də “Delta”, 9-da isə “Britaniya” variantı aşkar olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top