İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yandı

HADİSƏ 15 iyl 2021, 00:04
İsmayıllı rayonunun Kəlbənd kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri və yaxınlıqda olan kol-kosdan ibarət çəpər 80 p.m yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top