Ukraynada bir qrup keçmiş hərbçi və polis parlamentin qarşısında aksiya keçirir — VİDEO

DÜNYA 14 iyl 2021, 15:23
Kiyevdə Ukrayna Ali Radasının (parlament) qarşısında etiraz aksiyası başlayıb.

“Report”un Şərqi Avropa bürosunun hadisə yerindən verdiyi məlumata görə, təxminən 2 min nəfərə yaxın aksiyaçının əsas hissəsi keçmiş polis və digər qoşun növlərinin əməkdaşlarından ibarətdir.

Etiraz aksiyasının səbəbi pensiyalara əlavələrlə bağlıdır. Aksiya iştirakçıları bildirirlər ki, onlar bir müddət əvvəl pensiyalarında olan əlavələrin ləğvinə etiraz edir, yenidən əlavə edilməsini istəyirlər.

“Əks halda hazırkı pensiya nəinki yaşamağa imkan vermir, bu, Ukrayna hərbçisi adına belə uyğun deyil”, -aksiyaçılardan biri bildirib.

Aksiya zamanı hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurma da yaranıb. Hazırda aksiya davam edir. Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə hökumətin və Ali Radanın istefasını tələb edirlər.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top