Tənzilə Rüstəmxanlı: “Qadına qarşı şiddətə dəstək verənlər cəzalandırılmalıdır”

GÜNDƏM 13 iyl 2021, 18:05
“Xəstə ruhlu şəxslərin digərlərini də qadına qarşı şiddətə çağırmağa heç bir haqqı yoxdur“.

Bu sözləri son günlər sosial şəbəkələrdə qadına qarşı şiddətə çağırış edən şəxslərin aktivləşməsinə münasibət bildirən Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında deyib.

Türk Qadınlar Birliyinin sədri vurğulayıb ki, qadına qarşı şiddətə çağırışın heç bir halda məntiqi yanaşması yoxdur:

“Bu çağırış birbaşa cinayətdir. Dövlətin aiddiyyatı qurumları və hüquq-mühafizə orqanları bu işlə ciddi şəkildə məşğul olmalıdır. Xəstə ruhlu şəxslərin digərlərini də qadına qarşı şiddətə çağırmağa heç bir haqqı yoxdur. Camaatın geyiminə qarışmaq doğru yanaşma deyil. Bir qadın cəmiyyətinin sədri olaraq hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, bu cür şəxslərlə bağlı ciddi tədbirlər görsünlər. Qadına qarşı şiddətə dəstək olunanlar cəzasız qalarsa, bu tendensiya geniş şəkildə yayılacaq və başqaları da cəsarətlənəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top