“Qalatasaray” Yunanıstana buraxılmadı

İDMAN 12 iyl 2021, 23:01
“Olimpiakos”la oynayacağı hazırlıq matçı üçün Yunanıstana yollanan “Qalatasaray” klubu xoşagəlməz sürprizlə üzləşib.

“Anadolu” agentliyinin məlumatına əsasən, klub üzvlərinin PCR testləri etibarsız sayılıb və onlarla kobud şəkildə rəftar edilib.

Yunan gömrük əməkdaşları iki ökə arasında PCR testlərin qarşılıqlı tanınması üzrə razılaşmanın olmadığını əsas gətirərək, komandanın heyətini ölkəyə buraxmaqdan imtina edib.

İki saat ərzində hava limanında gözlədikdən sonra “Qalatasaray” rəhbərliyi komandanın geri qayıtmasına qərar verib.

Qeyd edək ki, əgər “Neftçi” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Dinamo” (Tbilisi) həddini aşarsa, növbəti mərhələdə məhz “Olimpiakos”la üz-üzə gələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top