Bu il Türkiyə podratçıları Azərbaycanda 543 milyon dollarlıq iş görüb

BİZNES 12 iyl 2021, 11:06
Bu ilin I yarısında Türkiyə podratçıları 33 xarici ölkədə 6,5 milyard ABŞ dolları dəyərində 100 layihə həyata keçirib.

Demokrat.az “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Podratçılar Birliyi məlumat yayıb.

Məlumata görə, layihələrin ümumi dəyərinə görə, Zambiya (1,3 milyard dollar), Sloveniya (748 milyon dollar), Qazaxıstan (674 milyon dollar), Azərbaycan (543 milyon dollar) və Rusiya (405 milyon dollar) ilki 5-likdə qərarlaşıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top