AVRO-2020-nin qalibi müəyyənləşdi — YENİLƏNİB

İDMAN 12 iyl 2021, 01:55
İtaliya tarixində ikinci dəfə Avropa çempionu olub.

Demokrat.az-ın xəbərinə görə, Avro-2020-nin finalında İngiltərə ilə 120 dəqiqədən sonra 1:1 hesabına razılaşan İtaliya 11 metrlik zərbələri daha dəqiq yerinə yetirib.   

Penaltilər seriyasında italiyalılar 3:2 hesabı ilə qalib gələrək, qitə yarışının qalibi olub.

21:50

Avro-2020-nin finalında İtaliya - İngiltərə matçının heyətləri açıqlanıb.

Demokrat.az
xəbər verir ki, komandalar meydana aşağıdakı 11-likdə çıxacaq:

İtaliya: Donnarumma, Di Lorenzo, Kyellini, Veratti, Jorjinyo, Barella, Emerson, Kyeza, İnsinye, İmmobile, Bonuççi

Ehtiyat oyunçular:  Siriqu, Meret, Lokatelli, Belotti, Berardi, Pessina, Açerbi, Kristante, Bernardeski, Bastoni, Toloy, Florenzi

İngiltərə: Pikford, Uolker, Şou, Rays, Stounz, Maquayr, Sterlinq, Fillips, Maunt, Keyn, Tripiyer

Ehtiyat oyunçular: Ramsdeyl, Conston, Henderson, Reşford, Minqs, Koadi, Sanço, Levin, Ceyms, Saka, Bellinqem

Qeyd edək ki, oyun Bakı vaxtı ilə bu gün saat 23:00-da başlayacaq.

11 iyul

Avro-2020

Final


23:00. İtaliya – İngiltərə - 1:1 (Birinci hissə)
Qollar:
Lyuk Şou, 3 - Bonuççi, 67 (1:1)
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu 

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top