"Azəriqaz"ın mətbuat katibi vəzifəsindən çıxarıldı — Yerinə tanınmış jurnalist gətirildi

HADİSƏ 11 iyl 2021, 17:31
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti vəzifəsindən azad olunub.

Mia.az-ın əldə etdiyi məlumata görə, birliyin rəisi Ruslan Əliyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad edilib.

Digər əmrlə tanınmış telejurnalist "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru Eldəniz Vəliyev sözügedən vəzifəyə təyin olunub.

Xəbər "Azəriqaz"dan Mia.az-a təsdiqlənib.

Qeyd edək ki, E.Vəliyev "Space"dən əvvəl ANS, ATV-də və digər media qurumlarında işləyib.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top