Bakıda üçmərtəbəli ev yandı

HADİSƏ 11 iyl 2021, 08:59
Bakının Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.

Demokrat.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top