Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçdı

HADİSƏ 10 iyl 2021, 09:22
Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top