Toya hazırlaşan sürücü "avtoş" kimi saxlanıldı — VİDEO

HADİSƏ 08 iyl 2021, 22:10
Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Demokrat.az xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində avtoxuliqanlıq edən 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək sürücü barəsində maddi cərimə tətbiq edib./Avtosfer.az


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top