Ekoloq: "Ermənistanın Oxçuçayı çirkləndirməsi nəticəsində flora və fauna məhv olmaqdadır"

GÜNDƏM 08 iyl 2021, 14:21
"Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terrordan ən çox təsir görən Oxçuçaydır. Bu çay Arazın sol qoludur. Çay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan ərazisindən keçir. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub".

Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Elnur Muxtarov deyib. 

O, Ermənistan tərəfində ərazidəki təbiətin terrora məruz qaldığını bildirib:

Rozanın bu geyimi TƏNQİD OLUNDU - FOTO » Azərbaycan İnformasiya Agentliyi

“Ermənistanın Oxçuçayı mədən qazıntılarının emalı tullantıları ilə çirkləndirməsi nəticəsində çayın keçdiyi ərazilərdəki flora və fauna məhv olmaqdadır. Bu, yeni vəziyyət deyil. Ermənilərin törətdiyi ekoloji terror təkcə Oxçuçaya deyil, digər çaylara və ətraf mühitə ziyan vurur. Oxçuçay Araza birləşdiyindən və axdığı son nöqtəsi Xəzər dənizi olduğundan zəhərlənmiş çay suyu Xəzərin də çirklənməsinə səbəb olur. Beləliklə, Xəzəryanı ölkələr bu terrorun qurbanı olur”.

Ekoloq ermənilərin bu addımlarından təkcə Azərbaycanın zərər çəkmədiyini qeyd edib:

“Bu, təkcə Azərbaycanın məsələsi deyil. Almaniya şirkətinin ərazidə çalışması və bu prosesdə yaxından iştirak etməsi ilə bağlı bütün hüquqi addımlar atılmalıdır.  Məsələyə təkcə Azərbaycan deyil, Xəzəryanı ölkələrdə etirazını Almanyaya bildirməlidir. Bu, regionun ümumi ekoloji problemidir və hər bir ölkə bu prosesdə yaxından iştirak etməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top